Dövlət Uşaq Filarmoniyasının kollektivi 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Mərdəkandakı 3 saylı internat evində konsert təşkil etdi. Rəngarəng tədbir zamanı xəstə, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların mərhəmət uman baxışlarına sevinc qatdı.
Konsertdə “Nərgiz” xor ansamblı “Yaşa Filarmoniyamız” mahnısını, vokal qrupunun üzvləri Nəcibə İsmayılova “Ana”, Hüseyn Məmmədov “Gözlərim axtarır səni” mahnılarını ifa etdilər. ”Noğullar” qrupunun, folklor rəqs ansamblının çıxışları, xalq çalğı alətləri ansamblının müşayiəti ilə Əli Hidayətli, Sədəf Budaqova, Rəşid Seyidovun ifa etdiyi “Azərbaycan oğluyam”, “Ay bəri bax”, “Sənsən” mahnıları alqışlarla qarşılandı.