Ölkəmizin Yunanıstandakı səfirliyi iyunun 1-də Afinanın aparıcı konsert salonlarından olan “Parnassos”da Azərbaycan musiqisi gecəsi təşkil edib. 28 May - Respublika Gününə həsr olunmuş tədbiri səfir Rəhman Mustafayev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın xarici və daxili siyasət sahəsindəki nailiyyətlərindən danışıb.
Gecədə pianoçu Vaqif Sadıqov və skripkaçı Sabina Rakçeyeva, habelə Yunanıstan və İraq ifaçılarından ibarət kvartetin ifasında Azərbaycanın xalq və klassik musiqi əsərlərindən ibarət konsert proqramı yunan dinləyicilər tərəfindən hərarətlə qarşılanıb. Bayram tədbirində Yunanıstan parlamentinin və XİN-in rəsmi nümayəndələri, biznes dairələrinin təmsilçiləri, ziyalılar, habelə diplomatik korpusun təmsilçiləri iştirak ediblər.