Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 30-dan iyulun 4-dək “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 2010-cu ildən ənənəvi olaraq keçirilən festivalda dünyanın bir sıra ölkələrindən musiqiçilər iştirak edəcək. Qeyd edək ki, Şəki şəhəri TÜRKSOY-un qərarı ilə 2012-ci ildə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilib. Bu məqsədlə il ərzində Şəkidə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı da bu tədbirlər çərçivəsində gerçəkləşəcək.