Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) məzun günü keçirilib. Tələbə-müəllim kollektivinin iştirak etdiyi tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Yeganə Axundova çıxış edərək bu ali təhsil ocağının uğurlarından və fəaliyyətindən söz açıb, məzunları təbrik ediblər.
   Çıxış edənlər məzunların milli musiqimizi dünyada layiqincə təmsil edəcəklərinə ümid bəslədiklərini vurğulayıb. Tədbirdə məzunlara diplomlar təqdim olunub.
   Məzun günü konsert proqramı ilə başa çatıb.