Finlandiyada gənc musiqiçilər üçün ənənəvi Savonlinna yay məktəbi keçirilir. Hər il bu məktəbə dünyanın bir çox yerindən istedadlı gənc musiqiçilər toplaşır. Bu proqram iştirakçılara zəngin təcrübə mübadiləsi aparmağa, həm də əsl sənətçilərdən dərs almağa imkan yaradır. Nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edirlər. “Azercell Telekom”un dəstəyi ilə Bakı Musiqi Akademiyasının iki tələbəsi - vokal üzrə təhsil alan Aytac Şıxəlizadə və Nəzrin Zərbəliyeva Savonlinnadakı musiqi bayramına qatılıblar. Azərbaycanlı gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru Tomas Krausenin rəhbərliyi altında kurs keçirlər. Avqust ayında daha 6 gənc musiqiçinin dünya klassik musiqisinin məkanı sayılan Savonlinna yay məktəbində təcrübə keçməsi nəzərdə tutulub.