Azərbaycanlı musiqiçilər Türkiyənin Bodrum kurort şəhərində keçirilən D-Marin Turqutreis VIII Beynəlxalq klassik musiqi festivalında iştirak ediblər. 
   İstanbul Dövlət Konservatoriyasının müəllimi, azərbaycanlı pianoçu Gülnarə Şəkinskaya festivalda virtuoz skripkaçı Yuri Başmet, opera sənətinin əfsanəsi Xose Karreras, David Gimenez kimi dünya şöhrətli musiqiçilərlə bir səhnəni bölüşüb.
   Azərbaycanlı gənc musiqiçilər də TÜRKSOY təşkilatının təşəbbüsü ilə yaradılmış “Doğuş” uşaq simfonik orkestrinin tərkibində festivalda konsert proqramı ilə çıxış ediblər. İspaniyalı gitaraçı Xose Maria Qallardo Del Rey və ispan balet sənətinin ustalarından olan Antonio Markes gənc musiqiçilərin hazırladığı N.A.Rimski-Korsakovun “Şəhrizad” operasından səhnələri onlarla birlikdə ifa ediblər.