Sentyabr ayında Bakıda keçiriləcək Üzeyir Hacıbəyli adına 3-cü Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə ilk dəfə olaraq "Musiqi Olimpi” (“Muzıkalnıy Olimp”) festivalı təşkil olunacaq. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
   "Musiqi Olimpi” festivalında bir sıra tanınmış sənətkarlar iştirak edəcək: Solen Paydassı (Fransa), “Signum” saksofonistlər kvarteti (Almaniya), Aşu (ABŞ) və s. Solistlərin proqramına S.Prokofyev, A.Dvorjakov, S.Barbera, B.Bartoka, J.İbera, A.Pyatsola, P.Çaykovskiy, S.Raxmaninovun əsərləri daxil edilib.
   "Musiqi Olimpi” Fondunun prezidenti İrina Nikitina qeyd edib ki, “Muzıkalnıy Olimp” festivalı əslində klassik musiqinin gələcəyinin özünəməxsus anonsudur: “Bu il ilk dəfə olaraq festival konsert proqramı ilə Azərbaycana gəlir və bu, festivalın nüfuzunun beynəlxalq səviyyədə artmasına işarə edir. Ümid edirik ki, bu festival Nyu-Yorkda Karnegi-holda, Sürixdə, Berlin Filarmoniyasında, Sinqapurun Esplanad konsert zalında keçirilən tədbirlər kimi bizim solistlərin də iştirak etdiyi ənənəvi beynəlxalq musiqi tədbirinə çevriləcək”.
   1995-ci ildə Rusiyada əsası qoyulan “Musiqi Olimpi” festivalında, adətən, klassik musiqi elitasının gənc nümayəndələri iştirak edir.