Dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək. Musiqiçi “Opera Jazz Tour” adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil edib.
   İyulun 6-da Şimali Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış etmiş Əzizə Mustafazadə sentyabrın 16-da Rumıniyada keçiriləcək “Plai Festival”da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress mərkəzlərində çıxış edəcək.
   Xatırladaq ki, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə 1990-cı ildən Almaniyada yaşayır. Alman musiqi tənqidçiləri onu “Royal arxasında Şəhrizad” adlandırırlar.