“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq istedadlı gənc pianoçu və skripkaçı, Prezident təqaüdçüsü Osman Eyublu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu ilin iyul ayında İsrailin Təl-Əviv və Yerusəlim ali musiqi məktəblərində skripka və fortepiano ixtisasları üzrə intensiv təlim kurslarında iştirak edib.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka və fortepiano ixtisasları üzrə təhsil alan O.Eyublu gənc musiqiçilərin beynəlxalq müsabiqələrinin laureatıdır. 2010 və 2011-ci illərdə Bakı şəhərində Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivallarında uğurla çıxış etmiş gənc musiqiçi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya, Qazaxıstan, İsveçrə və Niderlandda keçirilən müxtəlif tədbirlərdə, həmçinin P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi Musiqi Məktəbində dərslərdə iştirak edib.