Oktyabrın 11-13-də “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Beynəlxalq Uşaq Muğam Festivalının bölgələr üzrə seçim turuna yekun vurulub.
Avqustun 12-də təşkil olunmuş dinləmələr zamanı dörd gənc ifaçı final mərhələsinə vəsiqə qazanıb: Hacıbaba Əlibaba oğlu Əbdülrəhmanov (13 yaş, Qəbələ); Lalə Laçın qızı Səmədova (14 yaş, Göyçay); Ayxan Qurban oğlu Bünyadzadə (12 yaş, Naxçıvan); Fərman Eynulla oğlu Piriyev (15 yaş, Ağsu).
Bundan başqa, Bakı, Abşeron-Sumqayıt seçim turunun təşkili sentyabr ayına planlaşdırılıb. Xatırladaq ki, 16 yaşınadək uşaqlar arasında keçiriləcək beynəlxalq festivalın finalı Bakıda Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.