Tacikistan təmsilçisi “Qarabağ şikəstəsi”ni oxuyacaq
   
   Xəbər verdiyimiz kimi, “Kainat” Gənclik Mərkəzi Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi, PAŞA Bankın baş sponsorluğu ilə IV Beynəlxalq uşaq muğam festivalı keçirir. Mərkəzdən bildiriblər ki, müsabiqənin təşkilat işləri başa çatmaq üzrədir. Müsabiqədə Azərbaycanla yanaşı, səkkiz ölkədən (İraq, İran, Qırğızıstan, Misir, Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistan) gənc istedadlar iştirak edəcəklər.
   Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində IV Beynəlxalq uşaq muğam festivalının final konserti və qaliblərin mükafatlandırma mərasimi olacaq. Builki müsabiqədə ilk dəfə olaraq xarici ölkə nümayəndəsi, Tacikistandan 16 yaşlı Firdovs Nemətov Azərbaycan musiqisi - “Qarabağ şikəstəsi” ilə öz ölkəsini təmsil etmək arzusundadır.