Danimarkanın paytaxtı Kopenhagendə zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illiyi münasibətilə xatirə tədbiri keçirilib. Xatirə gecəsini uzun illər dünya şöhrətli müğənni ilə dostluq etmiş Sergey Yevdokimov açaraq Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb, müğənninin həyat və yaradıcılığı barədə məlumat verib. M.Maqomayevin yaradıcılığına dair videomateriallar nümayiş etdirilib.
   Xatirə gecəsində Danimarkada yaşayan soydaşlarımızla yanaşı, digər xalqların nümayəndələri də iştirak ediblər. Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi tədbirin keçirilməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib.