Sentyabrın 22-də Bakı Caz Mərkəzinin səhnəsində tanınmış caz musiqiçilərinin iştirakı ilə yeni mövsümün açılışına həsr olunmuş qala - konsert keçiriləcək. 
   Konsertdə əməkdar artistlər İsfar Sarabski, Emil Əfrasiyab, Rəin Sultanov, Sevda Ələkbərzadə, Əməkdar incəsənət xadimi Cəmil Əmirov, populyar müğənnilər Elmira Ələkbərzadə, Samirə Allahverdi, Günel Qurbanova, eləcə də bir çox başqa müğənnilər və caz musiqiçiləri çıxış edəcəklər.