Azərbaycan ilk dəfə Beynəlxalq “Uşaq Avroviziyası” (“Eurovision junior”) mahnı festivalında iştirak edəcək. “Evrovision-2012” mahnı müsabiqəsinin ictimai və rabitə əlaqələri üzrə rəhbəri Tahir Məmmədov bildirib ki, festivalın finalı bu il dekabrın 1-də Niderland Krallığının paytaxtı Amsterdamda keçiriləcək.
   “Uşaq Avroviziyası”nın rəsmi saytında müsabiqədə iştirak edəcək 12 ölkənin siyahısı yer alıb. Müsabiqəyə Azərbaycandan başqa, Albaniya və İsrail də ilk dəfə qatılacaqlar. Yaxın zamanda seçim turu başlanacaq və Azərbaycanın müsabiqədə təmsilçisi müəyyən olunacaq.