Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Latviyanı təmsil etmiş müğənni Anmari Azərbaycan xalq mahnısı “Sarı gəlin”ə klip çəkdirmək niyyətindədir. Bu günlərdə Bakıya gələn latviyalı müğənni klipin tezliklə hazırlanacağını deyib.
  Azərbaycan musiqisinə vurğunluq müğənninin repertuarına da təsir edib. Sənətçinin dediyinə görə, o, Azərbaycan xalq mahnısı “Sarı gəlin”lə yanaşı, “Üzüyümün qaşı firuzədəndir”, “Sən gəlməz oldun”, “Gəl, ey səhər” bəstəkar mahnılarını da repertuarına daxil edib. Anmari “Sarı gəlin”lə birgə digər mahnılarımızı da növbəti albomuna daxil etmək fikrindədir.