Bakının Bayıl qəsəbəsindəki Cövdət Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbinin binası 2011-ci ilin əvvəlində sökülüb və burada yeni məktəb binasının tikintisinə başlanılıb. Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 30 sinif və 5 yardımçı otağı olan ikimərtəbəli binanın inşası başa çatıb. Hazırda son tamamlama işləri aparılır. Məktəbin həyətində infrastruktur və yaşıllaşdırma işləri də görüləcək.