Oktyabrın 7-də Heydər Əliyev Sarayında zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illiyi möhtəşəm konsert proqramı ilə qeyd olunacaq. “Sən mənim melodiyamsan” adlı konsertdə Rusiyanın məşhur ulduzları çıxış edəcəklər. Konsertdə M.Maqomayevin repertuarına üstünlük veriləcək.