Sentyabrın 5-10 tarixlərində Ukraynanın Yalta şəhərində “Vostoçnıy bazar” (“Şərq bazarı”) VIII Beynəlxalq estrada müğənnilərinin televiziya müsabiqə-festivalı keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə estrada müğənnisi Cəlal Abbasov təmsil edib. 27 ölkədən estrada müğənnilərinin yer aldığı yarışmada Cəlal Abbasov baş mükafata (Qran-pri) layiq görülüb.
   Qeyd edək ki, bu, Cəlal Abbasovun artıq 4-cü Qran-pri mükafatıdır. Sənətçi 2008-ci ildə “Bakı gecələri” estrada mahnı müsabiqəsinin, 2011-ci ildə Türkiyənin Mersin şəhərində keçirilən türk ölkələri estrada müğənniləri festivalının, bu il isə Moskvada “Qulyay duşa” beynəlxalq şanson musiqisi festivalının qalibi olub.