Azərbaycan muğamını uzaq ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov musiqiçi heyəti ilə Niderlanda yola düşüb. Sənətçi Amsterdam və Utrixtdə konsert proqramı ilə çıxış edəcək. Konsertlər “RASA muziek dans” layihəsi çərçivəsində həyata keçirilir. Musiqiçilərimizin çıxışı oktyabrın 17-18-də olacaq.
Azərbaycanlı təmsilçilər “Bayatı-Şiraz” dəstgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda, konsertin təşkilatçıları instrumental ifaya da yer ayırıblar. Bu hissədə azərbaycanlı musiqiçilər tar, kamança və balaban musiqi alətlərində ifa edəcəklər. Xanəndənin ifasında muğam və təsniflərə də yer veriləcək.