Noyabrın 30-da Kiyevdə “Uşaq Eurovision-2013” (“Junior Eurovision-2013”) mahnı müsabiqəsi keçiriləcək. Yarışma özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Yaradıcı ol” (“Be Creative) devizi altında baş tutacaq. Ukraynanın Milli Teleradio Şirkətinin yaydığı məlumata görə, müsabiqədə 12 ölkə təmsil olunacaq. Azərbaycanı müsabiqədə R.Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Rüstəm Kərimov təmsil edəcək.
Müsabiqədə Rüstəm Kərimov “Mən və mənim gitaram” mahnısını səsləndirəcək.