23-30 noyabr tarixində Estoniyanın Narva şəhərində “Baltika ulduzları” adlı IV Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə ölkəmizi paytaxtdakı L.və M.Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin III sinif şagirdi Elçin Məmmədov və V sinif şagirdi Ağarəhim Quliyev təmsil edib. E.Məmmədov fortepiano nominasiyası, A.Quliyev isə fleyta nominasiyası üzrə I yerə layiq görülüblər.