2014-cü ildə dünya şöhrətli musiqiçi, məşhur violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçə həsr olunmuş beynəlxalq festivallar keçiriləcək. Mstislav Rostropoviç Fondunun saytında yer alan məlumata görə, martın 27-dən aprelin 5-dək Moskvada V, aprelin 23-dən 27-dək Orenburqda II Rostropoviç festivalı təşkil ediləcək. Mayın 12-dən 19-dək isə Bakıda VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulub.