Musiqi aləminin ən nüfuzlu mükafatı 82 nominasiyada təqdim edilib

Yanvarın 26-da ABŞ-ın Los Anceles şəhərində musiqi aləminin ən nüfuzlu mükafatı sayılan “Qremmi” ("Grammy") mükafatının 56-cı təqdimat mərasimi keçirilib.

Bu il "Qremmi" mükafatı 82 nominasiyada təqdim edilib. Mükafatlarının sayına görə amerikalı rep ifaçısı Cey-Zi bütün rəqiblərini qabaqlayıb. O, nominantı olduğu 9 kateqoriyada qalib gəlib. Bundan əlavə, Farel Vilyams, Kendrik Lamar, Maklemor ilə Rayan Lyusin hip-hop dueti, həmçinin Castin Timberleyk mükafata layiq görülüblər.
"İlin səs yazısı" kateqoriyasında Fransanın "Daft Punk" elektron dueti "Get Lucky" mahnısı ilə qələbə qazanıb. Duetin "Təsadüfi xatirələr" (“Random Access Memories”) adlı albomu isə "İlin ən yaxşı albomu" mükafatına layiq görülüb.
"İlin ən yaxşı mahnısı" nominasiyasında Yeni Zelandiyadan 18 yaşlı müğənni Lordenin "Royals" mahnısı qalib gəlib. Bu mahnının canlı ifası isə Lordeyə "Ən yaxşı solo pop ifa" nominasiyasında mükafat qazandırıb. Son iki ildə bu nominasiyada britaniyalı Adel qalib gəlirdi.
Ən çətin mübarizə isə "İlin ən yaxşı rok mahnısı" kateqoriyasında qeydə alınıb. Bu kateqoriyada "Muse", "Black Sabbath" və "The Rolling Stones" kimi əfsanəvi qruplar mübarizə aparsalar da, Pol MakKartninin keçmiş "Nirvana" üzvləri ilə birlikdə yazdırdığı mahnı qalib elan edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar