Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti olub. Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsertin solisti, məşhur skripka ifaçısı, Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev olub.
Tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Camal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunub. Konsert alqışlarla qarşılanıb.
Bilkənt Simfonik Orkestri 1993-cü ildə Bilkənt Universitetinin tərkibində yaradılıb. Türkiyə və daha 12 ölkənin tanınmış musiqiçilərinin çalışdığı orkestr 2009-cu ildə UNICEF-in Türkiyədə xoşməramlı səfiri elan olunub.
Kollektiv İtaliya, San-Marino, İsveçrədə keçirilən beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.