Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas alim Aida Tağızadənin 80 illik yubileyi münasibətilə “XX əsrin Azərbaycan musiqisi” adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə Xalq artisti Yeganə Axundova (piano), Əməkdar artist Fəridə Məmmədova (vokal), Əməkdar artist Töhfə Babayeva (violin), Anton Fernştadt (vokal), İlahə Sadıqzadə (piano), Ellada Nəcəfovanın (piano) iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert də təqdim olunacaq.