Moskvadakı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr” beynəlxalq incəsənət festivalının, “ÜNS” Yaradıcılıq Səhnəsinin və “AR Production”ın birgə təşkilatçılığı ilə Moskva, Riqa və Bakı şəhərlərini əhatə edən İohan Sebastyan Bax beynəlxalq festivalı davam edir.
Festivalın proqramı əsasında martın 16-da Riqanın Böyük Gildiya konsert zalında keçiriləcək konsertdə Liepaya Kamera Orkestrinin çıxışı nəzərdə tutulub. Orkestrə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solistləri Xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Aleksandr Trostyanski (skripka), Andrey Qridçuk (alt) olacaq.
Martın 29-dək davam edəcək festivalın sonuncu konserti Moskvada keçiriləcək.
İohan Sebastyan Bax beynəlxalq festivalında dünya şöhrətli bəstəkarın irsi orqan, kamera-instrumental, orkestr və oratoriya istiqamətlərində təqdim olunur.