Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ABŞ-ın Boston şəhərindəki Berkli Ali Musiqi Kollecində təhsil alan Əməkdar artist, pianoçu Emil Əfrasiyab, eyni zamanda əlavə təhsil almaq üçün sənədlərini “Global Jazz Music” məktəbinə də təqdim edib.
Musiqiçi bildirib ki, müraciəti qəbul olunub və ona bu məktəbdə təhsil almaq imkanı yaradılıb, Gənc azərbaycanlı musiqiçi burada dünya şöhrətli pianoçu, bəstəkar, UNESCO-nun “Sülh Artisti” titulu ilə təltif edilmiş məşhur cazmen, “Qremmi” mükafatçısı, Berkli Musiqi Kollecinin ixtisas üzrə direktoru Danilo Peresdən dərs alır.
Əməkdar artist onu da qeyd edib ki, kollecin rəhbərliyi tərəfindən ona ünvanlanan məktubda bu təhsil ocağının ən yaxşı tələbələri siyahısına düşdüyü bildirilib.