Aprelin 21-də Heydər Əliyev Sarayında III “Univision” tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqə Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə reallaşıb.
Finalda 14 iştirakçının çıxışları təqdim edilib. İştirakçıların heç biri musiqi sahəsində professional olmasa da, gözəl performans nümayiş etdiriblər.
Münsiflər heyətinin qərarına əsasən, “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova birinci, Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin tələbəsi Kəmalə Novruzova ikinci, Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən “Old Academy” qrupu isə üçüncü yeri tutublar.
Müsabiqənin qalibinə 3000, ikinci və üçüncü yerlərin sahiblərinə isə 2000 və 1000 manat mükafat verilib.
Müsabiqənin qalibi ölkəmizi mayın 14-dən 21-dək Bakıda keçiriləcək II beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində təmsil edəcək.