Mayın 12-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Fransa estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı keçiriləcək. “Parisdən məhəbbətlə” adlı konsertdə Fransa estradasının Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin kimi ulduzları iştirak edəcəklər.