Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi növbəti - IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə start verib.
Əsərlərin qəbulu avqustun 15-dək davam edəcək. Müsabiqəyə buraxılacaq əsərlərin qiymətləndirilməsi oktyabr-noyabr aylarında, mükafatlandırma mərasimi dekabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Ölkələr üzrə münsiflər heyəti ədəbiyyat jurnalları və yazıçılar birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.
Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir.
Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”, telefon: (012)510-28-83, (012)538-10-53; (050) 263-72-13. Email: cemile525@yahoo.com
Müsabiqəyə göndərilən hekayələrdə müəllifin ad, soyad və s. göstərilməməli, sadəcə təxəllüs yazılmalıdır. İştirakçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə yerləşdirməlidir. Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar