Oktyabrın 18-19-da Moskvanın “Krokus Siti Holl” səhnəsində vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsi keçiriləcək. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkil etdiyi müsabiqənin konsertlərinə biletlər artıq satışa çıxarılıb. Fondun saytında yer alan məlumata görə, bu il müsabiqəyə 18 ölkədən vokalçılar müraciət edib. İlkin seçimdən sonra səhnəyə 9 ölkədən 15 gənc ifaçı çıxacaq.