Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün ölməz sənətkarımız Rəşid Behbudovun mahnılarından ibarət hazırladığı “Sevgilim” albomuna görə mükafatlandırılıb. O, Azərbaycanda “Show production”un “İlin favoriti” mükafatına layiq görülüb. Vokalçının Rəşid Behbudovun mahnılarından ibarət albomu Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb.
Xatırladaq ki, “Show production”ın təşkil etdiyi “İlin favoriti” mükafatı mədəniyyət, incəsənət, KİV və biznes sahələrində uğurları ilə seçilən insanlara təqdim edilir.