Ənənəvi olaraq bu il də Türkiyədə “Türkcəvizyon” mahnı festival keçiriləcək. Türkiyənin Dənizli şəhərində keçiriləcək türk dilində sözlü musiqi festivalında 22 ölkə iştirak edəcək.
Türk dünyasından gələn 22 ölkənin sənətçiləri öz ölkələrində populyar mahnıları bu dəfə türk dilində səsləndirəcəklər. Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival 10-13 sentyabr tarixində gerçəkləşəcək.
Sentyabrın 10-da TRT Müzik kanalında efirə gedən "Egeden Ezgiler" proqramı Dənizlidəki Delikliçınar meydanından canlı yayım həyata keçirəcək. Ayın 11-də açıq hava teatrında çıxış edəcək 11 ölkə sənətçisini İzmir və Ankara radiosunun solistlərindən Əli Çakar və Zeynəb Cihan da müşayiət edəcək.
Sentyabrın 12-də İncilipınar meydanında keçiriləcək konsertdə isə İzmir və Ankara radiosu sənətçilərindən Makbule Kaya və Şehmus Esenkuş iştirakçılarla eyni səhnəni paylaşacaq.
Sentyabrın 13-də isə 22 ölkə sənətçisi Pamukkale antik teatrında türk dilində mahnılar ifa edəcəklər. Gecənin finalında Rafet El Roman və Ezo izləyənlərə xoş anlar bəxş edəcək.

Mehparə