Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni orkestr yaradılıb. Teatrdan verilən xəbərə görə, sentyabrın 1-dən məşqlərə başlayan estrada simfonik orkestrinin təqdimatı dekabr ayında keçiriləcək. Orkestrin bədii rəhbəri bəstəkar-cazmen Salman Qəmbərovdur.
Qeyd edək ki, uzun illər Mahnı Teatrında Xalq artisti Kamil Vəzirovun rəhbərliyi ilə mahnı və rəqs ansamblı fəaliyyət göstərib. Hazırda həmin ansambl fəaliyyətini dayandırıb. Ansamblın keçmiş üzvlərinin isə bundan sonra Muğam Mərkəzində fəaliyyət göstərəcəyi ehtimal olunur.