Oktyabrın 22-dən 26-dək İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində XX “Womex” dünya musiqi festivalı keçiriləcək. Tədbirdə Azərbaycan da təmsil olunacaq. “Womex” festivalı dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə festivalda Azərbaycan guşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və oktyabrın 23-də Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.