Bakıda məşhur rus bəstəkarı Aleksandra Paxmutovanın yubileyi qeyd edilib
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) SSRİ Xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın 85 illik yubileyinə həsr edilmiş gecə keçirilib.
Mərkəzin kinokonsert zalında mədəniyyət xadimlərini, yaşlı və gənc sənətsevərləri Aleksandra Paxmutovanın və onun əri, şair Nikolay Dobronravovun yaradıcılığına məhəbbət hissi bir araya gətirmişdi.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov bu yaradıcı duet barədə səmimi sözlər söyləyib. Sonra bəstəkarın arxivində saxlanılan videosüjet nümayiş etdirilib. Həmin süjetdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu bəstəkar-şair cütlüyü ilə dostluğu barədə təəssüratlarını bölüşür, onların mahnılarını ifa edir.
Daha sonra gənc artistlər Ülkər Əliyeva, Nərmin Əliyeva, Fidan Babayeva (fortepiano), Aslan Əzimzadə, Nigar Hüseynova və Ramil Hüseynli A.Paxmutovanın müxtəlif illərdə yazdığı, bu gün də sevilən mahnılarını ifa ediblər.