Noyabrın 17-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Günü münasibətilə uşaqlar üçün “Biz sənin övladlarınıq” adlı konsert proqramı təşkil olunub. Sarayın mətbuat xidmətindən bildiriblər ki, konsert proqramında uşaqların ifasında təqdim olunan milli və müasir rəqslər, muğam, aşıq ifaları, illüziya şousu və rəngarəng çıxışlar maraqla qarşılanıb. Tanınmış ifaçılar da musiqi nömrələri ilə çıxış ediblər.