![](/img/news/700x420/15661.jpg)
“Bakı gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
Qala konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilmiş 25 mahnı səslənəcək. Təqdim olunacaq mahnılar “Bakı gecələri-2014” estrada mahnı festivalının laureatı adına layiq görülüblər. Festival iki ildə bir dəfə keçirilir.