Dekabrın 24-də Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” estrada mahnı festivalının qala konserti keçiriləcək. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gerçəkləşəcək.
“Bakı gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
Qala konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilmiş 25 mahnı səslənəcək. Təqdim olunacaq mahnılar “Bakı gecələri-2014” estrada mahnı festivalının laureatı adına layiq görülüblər. Festival iki ildə bir dəfə keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar