Novruz bayramına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivi Gürcüstana səfərə gedib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin rəhbərliyi ilə 17-20 mart tarixində Tbilisi və Marneuli şəhərlərində təşkil olunan Novruz tədbirlərinə məktəbin müəllim və şagirdlərindən ibarət 35 nəfərlik heyət qatılıb.