Martın 30-da L.və M.Rostropoviçlərin ev-muzeyində görkəmli violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasının 88-ci ildönümü və dahi alman bəstəkarı İ.S.Baxın 330 illiyi ilə bağlı tədbir keçiriləcək. "İ.S.Baxın musiqi gecəsi" adlı tədbirdə ev-muzeyinin fondundan nadir eksponatlar əsasında sərgi təşkil olunacaq. Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim ediləcək.