Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan Poeziya klubunun yeni ünvanı müəyyənləşib.
İdarədən bildiriblər ki, mədəniyyət ocağı Poeziya evi kimi fəaliyyət göstərəcək. Poeziya evinin binasının üzərinə onun yeni adını əks etdirən lövhə də vurulub.
Əli Kərim adına şəhər Poeziya klubu 1990-cı ilədək müxtəlif mədəniyyət evlərinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərib. Poeziya evi ilə bağlı qərar şəhər ictimaiyyəti tərəfindən təqdirlə qarşılanıb.