“Laut Kafiq ətrafında”

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı sənətsevərlərə çağdaş dünya musiqi sənətinin ən məşhur nümunələri ilə yanaşı, artıq xaricdə tanınmağa başlayan gənc azərbaycanlı bəstəkarların əsərləri ilə də tanışlıq imkanı yaradıb.
Aprelin 21-də Kamera və Orqan Musiqisi Zalında festival çərçivəsində növbəti konsert keçirildi. “Laut Kafiq ətrafında” adlı gecədə İsveçrədən gəlmiş ansamblın ifasında Azərbaycan bəstəkarları Türkər Qasımzadənin “9 rübai”, Rüfət Xəlilovun “İki nəfər üçün labirint”, eləcə də italyan bəstəkarı Nicolo Castiqlionin “Sic”, koreyalı Youndhi Pagh-Paanın “Bir daha...”, alman bəstəkarları Alfred Zimmerin “Yoxuş”, Jürg Vittenbaxın “Laut Kafiq” və s. əsərlər səsləndirildi.
Musiqi axşamında isveçrəli gitara ifaçısı Kristof Jaggin, fleytaçı Avital Cohenin səsləndirdiyi həzin musiqilər dinləyicilərin zövqünü oxşadı, sürəkli alqışlarla qarşılandı.

“Sevgi hekayətləri”

Festival çərçivəsində daha bir musiqi axşamı aprelin 22-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Azərbaycanlı pianoçu Gülşən Ənnağıyeva və vokalçı Fəridə Məmmədova konseptual konsertlə çıxış etdilər. Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, şəhər sakinləri və xarici qonaqlar iştirak edirdi.
“Sevgi hekayətləri” (“Stories of love”) adlı layihənin konsepsiyası musiqişünas, Rusiya Müasir Musiqi Assosiasiyasının eksperti Rauf Fərhadova məxsusdur.
Üç hissədən ibarət olan konsert proqramında Hans Pfitzner, Alban Berg, Aleksandr von Zemlinski, Arnold Şönberg, Anton von Vebern, Frans Şreker kimi dünya bəstəkarlarının “Payızın nəfəsi”, “Sevgi”, “Müqəddəs gecə”, “Qızlar mahnısı”, “Xəbərdarlıq”, “Sonsuz sevgi” və digər əsərləri səsləndirildi.
İfalar klassik musiqi həvəskarlarının alqışları ilə qarşılandı.
Qeyd edək ki, Qara Qarayev VI Müasir Musiqi Festivalı aprelin 24-də başa çatacaq.

Savalan Fərəcov
Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar