Aprelin 30-da Parisdə Beynəlxalq Caz Günündə müxtəlif ölkələrdən ifaçılar iştirak edəcəklər. UNESCO-nun 70 illiyinə həsr olunan caz musiqisi bayramı Parisin 20 regionunu əhatə edəcək, ümumilikdə 30-a yaxın konsert tamaşaçılara təqdim olunacaq.
Azərbaycanı tədbirdə Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi ilə «Cəngi» estrada folklor ansamblı, pianoçu Etibar Əsədli və cazmen İsfar Sarabski təmsil edəcək. Fransalı caz həvəskarlarına yaxşı tanış olan İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək. “Cəngi” ansamblı və gənc cazmen Etibar Əsədlinin isə Parisin məşhur caz klublarında musiqisevər fransız pərəstişkarları qarşısında çıxışları nəzərdə tutulub. Azərbaycanlı cazmenlər öz bəstəkarlarımızla yanaşı, Avropa bəstəkarlarının da əsərlərini səsləndirəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar