Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında Çanaqqala zəfərinin 100 illiyi münasibətilə universitetdə təhsil alan türkiyəli tələbələrin konsert proqramı təşkil olunub.
Tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq Çanaqqala zəfərinin 100 illiyinin Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu, tədris ocağının da bu yubileyə xüsusi hazırlaşdığını bildirib. Rektor konsertin iştirakçıları olan türkiyəli tələbələrin tədris həyatında fəallığından danışıb.
Türkiyə səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat çıxış edərək Çanaqqala zəfəri və Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.
Sonra Xalq artisti Zamiq Əliyevin rəhbəri olduğu türkiyəli tələbələrdən ibarət instrumental ansambl və xor türk və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Tələbələrin kamança, tar alətlərində ifaları xüsusilə diqqəti cəlb edib. Konsert hər kəsin zövqünü oxşayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar