Aprelin 24-də Kamera və Orqan Musiqisi Zalında “Ad libitum” klassik solo konserti keçirilib. Konsertdə İ.S.Bax, A.Skryabin, V.A.Motsart, F.List, İ.Brams və digər bəstəkarların əsərləri səsləndirilib. Musiqi nömrələrini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) III kurs tələbələri, beynəlxalq müsabiqələr laureatları Lalə Məhərrəmova və Aysel Əliyeva fortepiano və arfa alətində ifa ediblər.
L.Məhərrəmova və A.Əliyeva piano ixtisası üzrə təhsil almaqla yanaşı, eyni zamanda ifaçılıq fakültəsinin “Simli alətlər” kafedrasında arfa ixtisası üzrə ikinci ixtisas kimi məşğul olurlar. Arfa alətində ifa sirlərinin öyrənilməsində BMA-nın baş müəllimi Səməngül İbrahimovanın rolu çox böyükdür. Konsert alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar