Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Aqşin Əlizadənin (1937-2014) xatirəsinə həsr olunmuş konsert keçirildi.
Əvvəlcə Bəstəkarlar İttifaqının “Bakı-Simfonietta” orkestrinin ifasında (bədii rəhbər və dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə) “Cəngi” səsləndi. Sonra Əməkdar artist Nərgiz Əliyarova pianoda orkestrin müşayiəti ilə A.Əlizadənin “Hüzn valsı”nı ifa etdi. Beynəlxalq müsabiqə laureatları - Samir Əsədov (violin) və Zakir Əsədov (piano) bəstəkarın “Portret” əsərini ifa etdilər. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli pianoda A.Əlizadənin “Dastan” əsərini səsləndirdi.
Sonda Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru (bədii rəhbər və dirijor Şəhla Ələkbərova, konsertmeyster Aytən Babayeva) bəstəkarın “Bayatılar” silsiləsindən “Dağlarda”, “Ağ alma”, “Al çuxa” xalq mahnılarını və Xalq şairi Bəxtiyar Vahabzadənin “Ana torpaq ” şeirinə A.Əlizadənin bəstələdiyi eyniadlı kantatasını ifa etdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar