L. və M.Rostropoviçlərin ev-muzeyində maestro Mstislav Rostropoviçə həsr olunmuş “Sən həmişə ürəyimizdəsən” adlı xatirə gecəsi keçirilib. Muzeyin direktoru Şeyla Heydərova Mstislav Rostropoviç və Qalina Vişnevskayanın yaradıcılıq birliyindən söz açıb. Qeyd edib ki, M.Rostropoviç solo konsertlərdə sevimli xanımının yeganə müşayiətçisi olub. O, istedadlı violonçelist, pianoçu və dirijor olmaqla yanaşı, virtuoz müşayiətçi idi.
Sonra Əməkdar artist Gülnaz İsmayılova maestronun xatirəsinə ithaf konserti ilə çıxış edib. Proqramda P.İ.Çaykovskinin ariya və romansları səslənib. Solisti royalda Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Ü.Manafovanın şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları L.Hüseynzadə, V.Vəkilov, N.Abbaslı, A.Yaşıldağ, F.Əliyeva müşayət ediblər.
Gecədə muzeyin zəngin fondundan çıxarılmış fotoşəkillərdən ibarət slayd-şou da tamaşaçıların marağına səbəb olub. Polşanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə attaşesi və digər qonaqlar onları maestronun musiqi dünyasına aparan tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar