Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Festivalda müxtəlif ölkələrdən tanınmış musiqiçilər iştirak edəcəklər.
Mayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək açılış mərasimində Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevdir.
Mayın 21-də festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası olacaq. Tamaşa Qalina Vişnevskayanın Opera Hazırlığı Mərkəzi solistlərinin ifasında təqdim olunacaq. Operanın quruluşçu rejissoru İvan Popovski, dirijoru Aleksandr Solovyovdur. Əsas partiyaları Sergey Polyakov, Nestan Meboniya, Aleksandr Əliyev, Savva Tixonov və Konstantin Brjinski ifa edəcəklər.
Festival çərçivəsində mayın 23-24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı təqdim olunacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar