Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib.
Ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gerçəkləşən konsertdə Özbəkistanın dövlət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin diplomatları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Konsertdən öncə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açıb, ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin Bakıdan xüsusi olaraq dəvət olunduğunu diqqətə çatdırıb.
Konsert proqramında Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Vaqif Mustafazadə, habelə tanınmış Qərb bəstəkarlarının əsərləri ifa olunub. Orkestrin müşayiəti ilə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artist Samirə Cəlilova, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə və Emil Bağırov çıxış ediblər. Orkestrə Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edib. Konsert alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar